SAÇ MEZOTERAPİYASI

Saç tökülmələri genetik olan və genetik olmayan saç tökülməsi şəklində ikiyə ayrılır. Genetik olmayan saç tökülmələrində, stress, bəzi xəstəliklər (anemiya, vitamin çatışmazlığı, tiroid hormon xəstəlikləri və s.), bəzi dərmanlar səbəblər arasında sayılır.

Mezoterapiya bütün növ saç tökülmələrində əsas müalicə və ya bu müalicələrə əlavə müalicə kimi tətbiq oluna bilər.

Qadınlarda saç tökülməsinin ən çox qarşılanan səbəbləri arasında dəmir əksikliyi anemiyası və tiroid hormon xəstəlikləri yer almaqdadır. Bu xəstəliklər saçı həm tökər həm də saç köklərini qurudaraq cansız və zəif saçlara səbəb olur. Saç köklərinə tətbiq edilən inyeksiyalarla saçların tökülməsinin qarşısı alınır və saç köklərinin canlanması təmin edilir. Bu məqsədlə saç köklərini qidalandıran vitaminlər, minerallar və amin turşusu qarışımlarından əldə edilən xüsusi dərmanlar, saçlara inyeksiya edilir.

Kişi saç tökülmələrinin ən sıx səbəbi genetik faktorlardır. Genetik zəmindəki saç tökülmələri 20 yaşda başlayır və 40 yaşa qədər davam edər. Saç tökülməsinə maneə törədən minoksidillosyonların tətbiq olunması və saç köklərini bəsləmək üçün tətbiq edilən mezoterapiya üsulları saçların tökülmə sürətini azaldır və saç köklərini möhkəmləndirir. Ancaq tökülmə genetik olduğu üçün saç tökülməsi davam edəcək. O səbəblə kişilərdə genetik zəminli saç tökülmələrində mezoterapiya metodu 1 ya da 2 il aralıqlarla 6-10 seans həyata keçirilməsi tələb olunur. Seans aralığı 10-15 gün ola bilər.