QIZIL İPLƏ ÜZ GƏRMƏ

Dəri cavanlaşdırma və dəridəki sallanmaların müalicəsində xüsusi inkişaf etdirilmiş qızıl iplər istifadə edilərək həyata keçirilən prosedurlar, aməliyyatsız üz gərmə olaraq bilinməkdədir. Qızıl iplə həyata keçirilən üz cavanlaşdırma əməliyyatlarında, illərdir istifadə edilən PDO (polidioxanone) maddəsindən istehsal edilən iplər istifadə edilməkdədir. Bu metod son illərdə istifadə edilməkdə olan bir dəri cavanlaşdırma üsuludur. Hər hansı bir anesteziya tələb etməz. Bu üsulda xüsusi olaraq istehsal edilmiş qızıl iplər dəri alına yerləşdirilir. Bir neçə həftə ərzində ipin ətrafındakı, dərinin elastikliyini təmin edən yeni kollagen dəstələri meydana gəlir. Dəri altına yerləşdirilmiş bu iplər dəri altındakı dövranın artmasına və dəriyə nəm verən hyaluron turşusu deyilən maddələrin artımına yol açar. Beləliklə dəri daha gənc görünür, sallanmalar və qırışlarda azalma meydana gəlir. Tətbiqin təsiri bir neçə həftə içində başlayır və 2 ilə qədər davam edə bilər.