HYDRA FACIAL

Gözəl və sağlam bir dəri üçün təmizlik ən əhəmiyyətli ünsürdür. Günəş, hava kirliliyi, kimyəvi agentlər kimi ekoloji faktorlar və stress kimi daxili faktorlar dərinin köhnəlməsinə, yaşlanmasına səbəb olur. Doğru və dəri tipinə uyğun təmizlik sistemləri dərinin bu zərərlərdən qorunmasına kömək edir və dərinin yaşlanmasını gecikdirir. Hydra Facial MD sistemi xüsusi texnologiya ilə hazırlanmış peşəkar bir dəri qulluq sistemidir.

 

Hydra Facial MD kimlərə tətbiq edilir?

Hydra Facial MD hər dəri tipi üçün istifadə edilən bir sistemdir. Yağlı və sızanaqlı dərilərdə, ləkəli dərilərdə, quru və alerjik dərilərdə professional bir dəri təmizliyi üçün istifadə edilə bilər.

 

Hydra Facial MD necə tətbiq etmək olar?

Hydra Facial MD sistemində 6 pillə var:

- Dəri təmizliyi

- Səthi pilinq

- Derinləməsinə pilinq (xüsusilə üzün T bölgəsindəki sebum istehsalını azaltmaq üçün)

- Yaşlanma əleyhinə baxım (hyaluron turşusu, peptid və antioksidanlar ehtiva edən baxım məhsulu istifadə edərək)

- Nəmləndirmə

- LED işıq müalicəsi:

Qırmızı LED: kolajen və elastin istehsalını təmin edərək dərini dartar

Mavi LED: sızanağa səbəb olan P.acnes adlı bakteriyaların yox edilməsini təmin edər, yağlı və sızanaqlı dərilərə tətbiq olunur

Hydra Facial sistemi bir həftə fasilələrlə ümumi 4 seans tətbiq olunur. Sonrakı seanslar 3-4 aylıq fasilələrlə davam edilə bilər.

 

Hydra Facial MD üstünlükləri nələrdir?

Hydra Facial MD sistemi xüsusi vakumlu bir texnologiyadır. Bu texnologiya ilə dəriyə tətbiq olunan məhsullar dəri altına nüfuz edər və maksimum təsir göstərir.

Hydra Facial sistemində istifadə edilən məhsulların allerjik reaksiya riski yoxdur.

Hər dəri tipi üçün uyğun baxım imkanı verir.

Əl ilə dərini qıcıqlandırmadan qara nöqtələrdən təmizlik təmin edir.

2011-ci ildən günümüzə qədər ilin ən yaxşı dəri yeniləmə cihazı mükafatını almış və FDA təsdiqini alan tək qulluq cihazıdır.