TİBBİ RİNOPLASTİKA (Əmeliyyatsız burun estetikası)

Burun şəkli üzün estetik görünüşünə təsir edən əhəmiyyətli ünsürlərdən biridir. Burun bölgəsinin dolğu tətbiqləri ilə yenidən şəkilləndirilməsi tibbi burun estetikası olaraq adlandırılır.

Tibbi burun estetikası üçün hyaluron turşusu dolğu vəsaitləri istifadə edilməkdədir. Tətbiq ağrısız bir prosedurdur. Burun bölgəsində dolğu maddəsinin qalıcılığı təxminən 2 ildir.

Dolğu tətbiqləri burun kürəyindəki kəmərlənmənin düzəldilməsində, burnun ucunu qaldırmaq üçün və rinoplastika əməliyyatlarından sonra ortaya çıxan qüsurların düzəldilməsində istifadə edilməkdədir.

Burun bölgəsi damar və sinir şəbəkəsi baxımından zəngin bir bölgədir. Bu tətbiqlərin mütləq təcrübəli həkimlər tərəfindən həyata keçirilməsi tələb olunur.