FOKUS ULTRASON İLƏ DƏRİ CAVANLAŞDIRMA (ULTHERA)

Fokus ultrasəs sistemi nədir?

Fokus ultrasəs sistemi aşağı ultrasəs enerjisindən istifadə edərək tətbiq olunan əməliyyatsız dəri cavanlaşdırma üsuludur. Bu sistemdə dərinin dəri altı bağ toxumalarının bağlandığı SMAS adı verilən toxumada idarəli bir istilik enerjisi yaradılır. 60-65 dərəcəyə çatan bu istilik nəticəsində kollagen paketlərində hüceyrədəki dəyişikliklərlə kollagendə qalınlaşma və kısalmalar meydana gəlir. Nəticə olaraq daha gərgin və möhkəmləşmiş bir dəri görünüşü əldə edilir.

 

Fokus Ultrasəs hansı bölgələrə tətbiq edilir?

Üz bölgəsində daralma, üz ovalının toplanması

Qıdıq bölgəsində incəlmə,

Üz bölgəsində sallanma problemində sıxlaşma məqsədiylə

Göz ətrafında sallanma porblemində və bu bölgənin gəncləşdirilməsi

Qol altı sallanmalarında,

Dekolte bölgəsinin gəncləşdirilməsi

 

Fokus Ultrasəs sistemi necə tətbiq olunur? 

Fokus ultrasəs sistemi əvvəli ağrının idarəsi üçün bir ağrı kəsici tablet qəbul edilə bilər. Tətbiqdən əvvəl ediləcək sahələr qeyd olunur. Tətbiq müddəti ediləcək sahəyə görə 30-45 dəqiqə davam etməkdədir. Tətbiq sonrası hər hansı bir qızartı, göyərmə, şişlik görülməz. Fokus ultrasəs sistemi dərinin ən üst təbəqəsinə təsir etmədiyi üçün hər dəri tipində və hər mövsümdə tətbiq oluna bilər.

Ümumiyyətlə tək seans tətbiq kifayətlidir. Bəzi hallarda 6 ay sonra təkrar bir seans edilə bilər. Tətbiq dərinin vəziyyətinə görə 1-2 ildə bir təkrarlana bilər.

 

Fokus ultrasəs sisteminin yan təsirləri varmı?

Fokus ultrasəs sistemində ağrı idarəsi əhəmiyyətlidir. Tətbiq öncəsi qəbul edilən ağrı kəsici dərmanlarla, ağrı nəzarət altına alına bilər. Bəzən prosedur sonrası qızartı və şişkinlik ola bilər ancaq 1-2 gündə bütün təsir itər.

Fokus ultrasəsi dərinin dərin təbəqələrinə təsir etdiyi üçün nadir hallarda müvəqqəti sinir pozulmaları ola bilər.