FRAKSİYA RADİO TEZLİYİ İLƏ DƏRİ CAVANLAŞDIRMA (SCARLET)

Mikro iynəli fraksiya radio tezliyi sistemi son illərdə inkişaf etdirilmiş yeni bir texnologiyadır. Bu sistemdə ucunda kiçik qızıl iynələrdən ibarət olan bir başlıq və bu başlığın bağlı olduğu bir radio tezliyi modulu mövcuddur.

Radio tezliyi enerjisi qızıl iynələr köməyi ilə dərinin alt təbəqələrinə göndərilir. Bu ötürülən enerji toxumaları qızdırır. Bu enerji dəri altındakı toxumalarda yeni kollagen istehsalına və ziyanlı kollagenin təmir edilməsinə səbəb olur. Beləcə dəridə yenilənmə, ziyanlı toxumaların təmiri, parlaq və gərgin bir dərinin meydana gəlməsi müşahidə edilir.

Mikro iynəli fraksiya radio tezliyi sistemi tətbiqi əvvəlində dəri təmizlənir.

Hər insana xüsusi olan başlıq sistemə taxilir və uyğun dozalar müəyyənləşdirilir.

Tətbiq, problemli sahələrə birdən çox keçidlər edilərək tamamlanır. Ən çox üz və boyun bölgəsinə tətbiq olunur.

Tətbiqdən əvvəl ağrını önləmək üçün ağrı kəsici krem tətbiq olunur.

Prosedur təxminən 40 dəqiqə çəkir. Prosedur sonunda yüngül qızartı və kiçik qabıqlanmalar görülə bilər. Bu səbəblə əməliyyatdan sonra 3-4 gün müddətində yara baxımı təmin edən kremlər və günəş qoruyucular istifadə edilməlidir. Prosedurdan sonrakı gün duş, dəniz və günəş vannası edilməməsi məsləhətdir.

 

Fraksiya radio tezliyi sistemi kimlər üçün uyğundur?

Fraksiya radio tezliyi 16 yaşın üzərindəki hər kəsə tətbiq oluna bilər. Ancaq qanama pozuqluğu olan xəstələr, xərçəng xəstələri və aktiv infeksiyası olan xəstələrə tətbiq edilməməlidir.

 

Fraksiya radio tezliyi sistemi müalicəsi nə qədər sürər?

Fraksiya radio tezliyi sistemində istifadə edilən uclarda kiçik iynələr var. Bu qızıl iynələr dəridə kiçik dəliklər açar və qabıqlanmalara səbəb olur. Bu səbəblə prosedurun iynəli bir əməliyyat olduğu üçün, mütləq bir xəstəxana ya da müayinə mühitində və mütəxəssis bir həkim tərəfindən həyata keçirilməsi tələb olunur. Mütəxəssis olmayan və ya həkim olmayan insanlar tərəfindən həyata keçirilən prosedurdan sonra dəridə ləkələnmələr ya da mikrobik infeksiyalar ola bilər.

 

Fraksiya radio tezliyi tətbiqi ağrılı bir prosedur mu?

Fraksiya radio tezliyi sistemi öncəsində ağrı kəsici xüsusi kremlər tətbiq olunur. Bu kremlər ağrının meydana gəlməsinə mane olar. Prosedurun sonunda kiçik bir yanma ola bilər. Dərini sakitləşdirən xüsusi kremlərlə yanma təsiri azalır.

 

Fraksiya radio tezliyi tətbiqinin riskləri var mıdır?

Fraksiya radio tezliyi sistemi dərinin altındakı toxumalara təsir edər, dərinin ən üst təbəqəsinə təsir etmir. Bu səbəblə hər hansı bir ləkə qalma riski olmaz. Bu səbəblə hər mövsümdə tətbiq oluna bilər. Prosedur zamanı hər xəstə üçün xüsusi başlıqlar istifadə edildiyi üçün infeksiya riski yoxdur.

 

Fraksiya radio tezliyi prosedurunun qiyməti nədir?

Fraksiya radio tezliyi tətbiqinin qiyməti tətbiq ediləcək problemə görə dəyişməkdədir. Ətraflı məlumat üçün əlaqə qurmağı təklif edirik.

 

Dəri cavanlaşma müalicəsində fraksiya radio tezliyi neçə seansda təsirini göstərir?

Dəri cavanlaşma müalicəsində fraksiya radio tezliyi tətbiqləri ayda bir həyata keçməkdədir. Dərinin vəziyyətinə görə 3 seans sonunda təsir görülməkdədir. Dəridə parlaqlıq, gərginlik, üz ovalında toplanma və dərinin quruluşunda düzəlmə görülür. Fraksiya radio tezliyi müalicəsinin PRP ilə birlikdə tətbiq olunması təsiri daha da artırmaqdadır.

 

Dəri yeniləmədə istifadə edilən fraksiya radio tezliyi hansı bölgələrə tətbiq oluna bilər?

Dəri cavanlaşdırması üçün fraksiya radio tezliyi sistemi bütün üz və boyun bölgəsinə və dekolteyə tətbiq oluna bilər. Göz ətrafı cavanlaşdırmada və əl bölgəsinə tətbiq edilə bilər.

 

Yaşlanma ilə birlikdə dərimizdə hansı dəyişikliklər ortaya çıxar?

Dəridə yaşlanma ilə birlikdə əhəmiyyətli dəyişikliklər ortaya çıxmaqdadır. Yaşla birlikdə dərinin özünü yeniləmə xüsusiyyəti yavaşlayır, dəridə incəlmə meydana gəlir. Dəriyə elastiklik təmin edən hüceyrələrdə azalmalar, zəifləmələr və pozulmalar ortaya çıxar. Dəridə qan dövranında azalma görülər. Dərialtı yağ toxumasının azalmasına bağlı çökmələr ortaya çıxar. Dəri yaşlandıqca su itirir və quruyur.

Bütün bu dəyişikliklər görünüş olaraq dəridə cizgilənmələrə, qırışlara, göz altı və yanaqlarda çökmələrə, elastiklik və parlaqlıq itkisinə, dəridə boşalmağa yol açar.

Yaşlanma ilə dəridə meydana gələn bu dəyişikləri azaltmaq, qarşısını almaq mümkündür. Fraksiya iynəli radio tezliyi müalicəsi dəri cavanlaşma müalicəsində istifadə edilməkdə olan ən son texnologiyadır. Amerika və Avropada “əməliyyatsız üz gərmə” proseduru olaraq bilinməkdədir.

 

Dəri cavanlaşma müalicəsində fraksiya radio tezliyi necə tətbiq olunur?

Fraksiya radio tezliyi tətbiqindən əvvəl anestezik təsirli krem tətbiq ediləcək sahələrə sürtülür. Sistem uyğun dozalara paylaşdırıldıqdan sonra tətbiq başlanır. Tətbiq əsnasında hər sahədən 2-3 dəfə keçilir. Tətbiq təxminən 1 saat çəkir. Seans sonunda dəriyə nəm verən maskalar, vitamin müalicələri ya da PRP tətbiq oluna bilər. Maska tətbiqləri həm dərini rahatlaşdırar həm də radio tezliyin dəri yeniləmə təsirini artırır.

Tətbiq əvvəli dərinizi yumşaltmaq və ağrını minimum dərəcəsinə endirmək məqsədi ilə xüsusi dəriyə qulluq proseduru tətbiq olunur.

Tətbiq ortalama 30 dəqiqə davam etməkdədir. Bu müddət, mütəxəssis həkimimizin uyğun gördüyü qədər uzana bilər ya da kısala bilər.

İlk 5-6 saat içərisində dərinizdə qızartılar meydana gələcək.

Sonraki 24 saat - 72 saat arasında isə qızartılar keçərək və çəhrayı olmağa başlayacaq.

Prosedurdan sonra mütəxəssis həkimimiz və dermatologumuzun məsləhət etdiyi nəmləndirici kremlərdən istifadə edilməlidir.

Seansın həyata keçdiyi gün üz yuyulmamalıdır

Seansdan sonra makiyaj edilməməli

Tətbiqdən sonra yüngül qızartı, şişlik ola bilər. Dəridə quruluq və gərginlik görünə bilər. Dəriyə nəm verən kremlər və antibiotik kremlər seansdan sonra 3 gün müddətlə tətbiq olunmalıdır.

Seansın edildiyi gün günəşdən qaçınılmalı və günəş vannası ya da solaryum edilməməli.

Seansdan sonra dəridə yaranan kiçik qabıqlanmalar ola bilər. Bu qabıqlanmalar seansdan 3-4 gün sonra özbaşına tökülür. Qabıqlarla oynamaq ya da çıxartmağa çalışmaq yaxşılaşmağı gecikdirəcəyi üçün tövsiyə olunmur.