BonTA

BonTA, estetik dermatologiyada üzdə olan və mimikalarla əlaqədar yaranan qırışların müalicəsində tətbiq olunmaqdadır.
BonTA üz bölgəsində qaş arasında, alın xəttləri, göz ətrafında olan və qaz ayağı deyilən qırışlara tətbiq edilməkdədir. BonTA həmçinin ağız ətrafında siqaret çəkməkdən yaranan qırışlara, boyun və dekolte bölgəsindəki eninə yaranan qırışlara, burun bölgəsində olan və dovşan xəttləri deyilən qırışlara tətbiq olunmaqdadır.
Ümumiyyətlə BonTA tətbiqləri 15-20 dəqiqə ərzində tamamlanır. BonTAun təsiri 4-7 gündə ortaya çıxar və insanın yaşından və əzələ quruluşundan asılı olaraq 3-6 ay davam edər.