COSMELAN (LƏKƏ MASKASI)

Ferment pilinq (Cosmelan) dəridə yaranan qəhvə rəngli ləkələrin müalicəsində istifadə edilən yeni bir üsuldur. Bu xüsusi pilinq sisteminin içində ləkəni meydana gətirən melanin maddəsini yox edən turşu qarışıqları (koji turşu, fitik turşu, azelaik turşu və C vitamini) yer almaqdadır. Bu xüsusi qarışıq ləkəni meydana gətirən melanin maddəsinin istehsalını azaldır və ləkəni müalicə edər.

Ferment pilinq içində iştirak edən turşular ləkəni meydana gətirən melanin maddəsinin istehsalını azaldar. Beləcə həm mövcud ləkənin azalmasına səbəb olur, həm də yeni ləkənin meydana gəlməsinə mane olar.

Ferment pilinqin ən əhəmiyyətli üstünlüyü tətbiqin yalnız bir dəfə edilməsidir. Digər klassik pilinqlərdəki kimi aralıqlı olaraq müalicə tələb olunmur. Tətbiq yalnız bir dəfə həyata keçirilir. Tətbiqdən sonra evdə davam kremləri istifadə edilməlidir.

Ferment pilinq müalicəsinin kimyəvi pilinqə görə üstünlükləri nələrdir?

Kimyəvi pilinq 2-4 həftə ara ilə 4-6 seans tətbiq olunur və tətbiq sonrasında ləkə qalma riski vardır. Ferment pilinq isə sadəcə bir seans tətbiq olunar. Ləkə buraxma riski yoxdur.

Ferment pilinq hamiləlik ləkələrinə, günəş ləkələrinə, yaşla ortaya çıxan ləkələrə etibarla tətbiq oluna bilər.

Hamiləlik ləkəsində ferment pilinq müalicəsi?

Hamiləlik dövründə hormonal dəyişikliklərdən ötəri günəşə həssaslıq artar və ləkə meydana gələr. Hamiləlikdə yaranan ləkələr doğum sonrası azalmamaya bilər. Ayrıca sonrakı hamiləliklərdə ləkə daha da tündləşə bilər. Ferment pilinq hamiləlikdə yaranan ləkələrdə olduqca təsirli nəticələrə səbəb olmaqdadır.

Günəş ləkəsi müalicəsində ferment pilinq müalicəsi?

Günəş dərimizdə melanin istehsalını artırır və dərimizin rəngini tündləşdirir. Ancaq bəzi dəri tiplərində bu tündlük ləkə olaraq qarşımıza çıxa bilər. Günəş ilə birlikdə ləkənin meydana gəlməsini artıran faktorlar - bəzi dərmanlar, hormonal xəstəliklər, kosmetik məhsullardır. Bu şəkildə yaranan ləkələrdə ferment pilinq olduqca təsirlidir.

Ferment pilinq və antiaging

Ferment pilinqi təməl olaraq ləkə müalicəsində istifadə edilməkdədir. Ancaq tərkibində olan turşular və xüsusilə C vitamini yaşlanma təsirlərini azaldır. Ferment pilinq ilə həyata keçirilən ləkə müalicələrində ləkə azalarkən xəstələrimizin dərisində parlaqlıq, sıxılaşma və qırışlarda azalma görülməkdədir. Bu səbəblə ferment pilinq eyni zamanda yaşlanma təsirlərini azaldan və dərini yeniləyən bir üsul olaraq qəbul edilə bilər.