MEZOTERAPİYA

Mezoterapiya ilk dəfə Fransada 1950-ci ildə tətbiq olunub və son illərdə kosmetik dermatologiyada geniş istifadə olunan bir müalicə metodudur. Mezoterapiya çox kiçik dərman dozaları ilə problemli bölgələrə tətbiq olunan xüsusi bir inyeksiya prosedurudur. Mezoterapiyada istifadə edilən dərmanlar təbii bitki ekstraktları, homeopatik maddələr, vitaminlər, zülallar və minerallardır. Kosmetik dermatologiyada ən çox istifadə edilən dərinin cavanlaşmasında, bədənin müəyyən bir sahəsinin arıqlamasında, selülit müalicəsində və saç tökülməsi problemlərində istifadə edilməkdədir.

 

Mezoterapiya necə tətbiq olunur?

Mezoterapiya xüsusi iynə ucları ilə tətbiq olunan inyeksiya prosedurudur. Problemli bölgə hara isə o bölgəyə balaca və ardıcıl inyeksiyalar edilməkdədir. Prosedurun əvvəlində ağrı duyulmaması üçün anestezik krem sürtülərək 30-40 dəqiqə gözlənir. Krem tamamilə təmizləndikdən sonra, inyeksiya proseduru başlayır. Mezoterapiya 15-20 dəqiqədə tamamlanır. Prosedurdan sonra xəstəyə uyğun baxım kremləri verilir.

 

Saç tökülməsində mezoterapiyanın təsiri nədir?

Saç tökülmələrində mezoterapiya olduqca təsirli bir üsuldur. Saç tökülmə səbəbinə görə xüsusi hazırlanmış dərmanlar saçlı dəriyə inyeksiya edilir. Əksəriyyətlə kişilərdə görülən genetik saç tökülmələrində minoksidil ya da finasterid kimi dərmanlardan ibarət olan qarışıqlar istifadə edilməkdədir. Genetik olmayan saç tökülmələrində saç köklərini qidalandıran, saçlı dərini dəstəkləyən xüsusi vitamin, zülal və mineral qarışımlarından ibarət olan dərmanlar istifadə edilməkdədir. Bu dərmanlar 2-4 həftəlik fasilələrlə 6-8 seans tətbiq olunmaqdadır.

 

Dəri yenilənməsində mezoterapiyanin təsiri nədir?

Mezoterapiya üz, boyun və dekolte bölgəsində dəri cavanlaşdırma məqsədiylə tətbiq olunmaqdadır. Mezoterapiyada istifadə edilən dərmanlar dəriyə nəm verən, dərinin quruluşunu və gərginliyini təmin edən xüsusi qarışıqlardan ibarətdir. Ən çox dəriyə nəm və işıltı verən vitamin inyeksiyaları tətbiq edilməkdədir. Tətbiq 2-4 həftəlik fasilələrlə həyata keçirilir. Seans sayı xəstənin yaşına, dərisinin quruluşuna görə dəyişməkdədir. Mezoterapiya hər yaşda həyata keçirilə bilər. Gənc yaşlarda dəriyə nəm vermək və işıltı qazandırmaq üçün həyata keçirilir. İrəli yaşlarda isə dərinin elastikliyini təmin edən kollagen yenilənməsi yəni cavanlaşma məqsədiylə tətbiq olunmaqdadır.

 

Selülit müalicəsində mezoterapinin rolu nədir?

Mezoterapiya selülit müalicəsində tez tez istifadə edilməkdədir. Problemli sahələrə yağ toxumasını parçalayan və kiçildən xüsusi dərmanlar inyeksiya edilməkdədir. Çəki problemi olan xəstələrdə mezoterapiya tək başına kafi deyil. Müalicəyə əlavə olaraq pəhriz, məşq proqramları tətbiq edilməlidir. Tətbiq 2-4 həftəlik fasilələrlə həyata keçirilir. Problemli sahədən asılı olaraq 8-12 seans tətbiq tələb olunur.

 

Lipoliz nədir?

Lipoliz bədəndəki artıq  yağları uzaqlaşdırmada son illərdə istifadə edilən əhəmiyyətli bir üsuldur. Lipoliz tətbiqi fosfatidil kolin deyilən xüsusi bir dərmanla həyata keçirilməkdədir. Bu dərman problemli sahələrə diqqətli və yavaş bir şəkildə inyeksiya edilir. Dərman yağ toxumasının parçalanmasına yol açır. Lakin dərmanın təsiri gec başlayır. O səbəblə lipoliz tətbiqləri 4-6 həftədə bir tətbiq edilməkdədir. Problemli sahəyə görə 3-4 seans müalicə kafi olmaqdadır. Lipoliz ən çox qarın, omba və boyun bölgəsinə tətbiq olunmaqdadır. Prosedurdan sonra xəstə 2-3 gün ağır məşqlərdən qaçınmalıdır.