KİMYASAL PİLİNQ

Dərinin xarici təbəqələrinin kimyəvi agentlərlə idarəli ziyanı "kimyəvi pilinq" olaraq adlandırılır. Müxtəlif turşu və bazik agentlər pilinq məqsədiylə dəriyə tətbiq olunmaqdadır. Kimyəvi pilinqdə məqsəd dəri təbəqələrində istənilən dərinliyə qədər ziyan yaratmaq və yara yaxşılaşmasının üstünlüklərindən faydalanaraq müxtəlif problemlərin müalicəsini təmin etməkdir.

Kimyəvi pilinq nəticəsində yaranan ziyan bölgəsində yara yaxşılaşmasını təmin edən dəriyə aid faktorlar, yeni bir dəri meydana gəlməsinə səbəb olur. Yeni dəri meydana gələndə dəriyə elastiklik təmin edən kollagen və elastik lif strukturu yenilənir. Kimyəvi pilinq tətbiqi cizgilərdə yumşalma, dərinin sıxılaşması və quruluşunun düzəlməsi dəriyə cavanlaşmış görünüş verir.

Kimyəvi pilinq dəri cavanlaşma müalicəsində, sızanaq izlərinin aradan qaldırılmasında, ləkə müalicəsində istifadə edilməkdədir. Yaşlanmağa və ya günəşə bağlı ləkələnmələrdə, hamiləlikdən sonra yaranan ləkələnmələrdə kimyəvi pilinq tətbiq oluna bilər.

Kimyəvi pilinq proseduru mütləq qış aylarında tətbiq edilməlidir. Kimyəvi pilinq proseduru ilə ortaya çıxan soyulma, dərini günəşə qarşı həssas hala gətirməkdədir. Bu səbəblə prosedur sonrasında mütləq günəş qoruyucu kremlər istifadə edilməlidir. Əgər günəşdən qorunma yaxşı şəkildə həyata keçirilməzsə dəridə ləkələr meydana gələ bilər. Dəri növü çox tünd olan əsmər insanlarda və ya bronz dərilərdə pilinq proseduru nəticəsində ləkə meydana gələ bilər. Dərin pilinq tətbiqlərində həssas orqanizmi olan insanlarda uçuqlama riski ola bilər. Bəzən tətbiqdən əvvəl uçuqlama üçün profilaktik müalicə tələb oluna bilər.