LƏKƏLƏRİN MÜALİCƏSİ

Ləkə müalicəsində kimyəvi pilinq metodu necə tətbiq olunur?

Kimyəvi pilinq dərinin müəyyən kimyəvi agentlərlə idarəli soyma üsuludur. Ləkə müalicəsində glikolik turşu, koji turşu, limon turşusu, fitik turşu və C vitaminindən ibarət xüsusi pilinq sistemləri istifadə edilməkdədir. Dəri tipinə görə təyin olunan pılinq sistemləri 2-4 həftə fasilələrlə 4-6 seans olaraq tətbiq edilə bilər. Bu tətbiqlər qış aylarında edilməlidir və tətbiq sonrasında günəş qoruyucu məhsullar istifadə edilməlidir.

 

Ləkə müalicəsində mezoterapiya necə tətbiq olunur?

Ləkə mezoterapiyasında ləkənin meydana gəlməsinə maneə törədən vitamin, minerallar və xüsusilə tranexamic turşu olan xüsusi qarışıq dərmanlar inyeksiya şəklində ləkələrə tətbiq olunmaqdadır. Bu tətbiq inyeksiya ya da dermarollerlərdən istifadə edilərək həyata keçirilə bilər. Ləkə mezoterapiyası 3-4 həftəlik fasilələrlə tətbiq olunmaqdadır.

 

Ferment pilinq (Cosmelan) ilə ləkə müalicəsi necə tətbiq olunur?

Ferment pilinq sistemi ləkə müalicəsində istifadə edilən ən yeni üsuldur. Ferment pilinq içində ləkəni müalicə edən xüsusi turşu qarışıqları və C vitamini yer almaqdadır. Bu xüsusi dərman maska şəklində bütün üzə tətbiq edilir, 8 saat dəridə gözlədilir və sonra ilıq su ilə yuyulur. Bu tək tətbiqdən sonra 6 ay xüsusi davam kremi tətbiq edilməyə başlanır. Ferment pilinq hər dəri tipinə etibarla tətbiq oluna bilər.

 

Lazerlə ləkə müalicəsi necə tətbiq olunur?

Ləkə müalicəsində müxtəlif lazerlər istifadə edilə bilər.

Fraksionel lazerlə dəridə soyma əməliyyatı edilərək ləkə müalicə edilir. Açıq rəng dəri tiplərində və yağlı dəri tiplərində fraksiya lazer tətbiq oluna bilər. Tətbiqlər ayda bir dəfə həyata keçirilir.. Lazer seansları sonunda nəm verən mezoterapiya məhsulları ya da PRP tətbiqi də həyata keçirilə bilər.

Q açarlı lazer sistemləri ləkəyə səbəb olan melanin maddəsini xarab edər və ləkə müalicəsində müvəffəqiyyətli bir şəkildə istifadə edilir.  Bu lazerlər bölgə ləkərində, çil müalicəsində, döymə silmək üçün istifadə edilməkdədir. Q açarlı lazerlər ayda bir dəfə tətbiq edilir. Tətbiq edilən bölgədə 3-5 gün davam edən qəhvəyi qabılanmalar ola bilər. Lazerlə ləkə müalicəsi qış aylarında tətbiq olunmalıdır. Müalicə müddətində dəri günəşdən müdafiə olunmalıdır.

 

Kremlərin dəri ləkələrinin müalicəsində yeri varmı?

Ləkə müalicəsində istifadə edilən xüsusi kremlər müalicədə əhəmiyyətli yer tutmaqdadır. Uyğun kremlərin istifadə edilməsi bəzən tək başına kafi ola bilər. Soyucu xüsusiyyəti olan A vitamini və glikolik turşu ehtiva edən kremlər dərinin ən üst təbəqəsini soyaraq müalicədə təsirlidirlər. Koji turşu, fitik turşu, C vitamini, hidrokinon ehtiva edən kremlər isə ləkəyə səbəb olan melanin maddəsini yox edərək ləkəni müalicə edir. Ləkə müalicəsində ən əhəmiyyətli nöqtə müalicə əsnasında və sonrasında tibbi günəş qoruyucu kremin istifadə edilməsidir.

 

Dəri ləkələrinin müalicə seçimi insanın dəri tipinə görə dəyişir. Bəzi tətbiqlərdə dəridə qızartı, qabıqlanma, soyulma olacağı üçün insanın peşəsi, ictimai həyatı da müalicə seçiminə təsir etməkdədir. Ləkənin açıq və ya tünd olması, ləkənin dəridəki dərinliyi müalicəyə əhəmiyyətli ölçüdə təsir etməkdədir.