FRAKSİYA LAZER TƏTBİQLƏRİ

Lazer sistemləri estetik tibbdə son illərdə inkişaf etdirilmiş müalicə sistemləridir.

Fraksiya lazer sistemlərinin estetik tibbdə istifadə sahələri:

  1. Dəri cavanlaşdırması
  2. Sızanaq izi müalicəsi
  3. Məsamə sıxılaşdırma
  4. Əməliyyat izi, çatlaq müalicəsi
  5. Rəng tonunun açılması
  6. Genital bölgənin rəng tonunun açılması

Fraksiya lazerləri dəridəki problemə görə 4-6 həftə ara ilə tətbiq olunmaqdadır. Tətbiq qış aylarında həyata keçməlidir. Tətbiq sonrası dəridə qızartı, incə qabıqlanma, qəhvəyi rəng dəyişməsi görülə bilər. Bu dəyişikliklər 4-7 gündə keçər. Tətbiq əsnasında və sonrasında günəşdən qorunma əhəmiyyətlidir.