LƏKƏLƏRİN MÜALİCƏSİ

Lazer müalicələri dəridə olan fərqli ləkələrin müalicəsində istifadə edilməkdədir. Ləkə müalicəsində ən çox ləkə hüceyrəsi olan melanina təsir edən və qısa atımlı lazer sistemləri istifadə edilməkdədir. Ləkənin növü, rəngi, səbəbindən asılı olaraq uyğun lazer sistemləri seçilərək müalicə tətbiq olunmaqdadır. Tatu ləkələri, günəşin təsirindən yaranan ləkələr, yaşlılıq ləkələri, hamiləlik əsnasında yaranan ləkələr, çillər lazer ilə müalicə edilə bilərlər.