DƏRİ CAVANLAŞDIRMA

Dəri cavanlaşdırması üçün istifadə edilən lazerlər dəri altında istilik təsiri yaradaraq, zərər görmüş kollageni təmir edirlər və yeni kollagen istehsalına səbəb olurlar. Dəri səthində isə idarəli yaralar açaraq, toxumanın yaxşılaşma müddətini başladırlar, bu müddət içində toxumaları yeniləyən siqnallar dərinin elastikliyini və gəncləşməsini təmin edən maddələrin istehsalına yol açar.

Dəri cavanlaşdırmaq üçün həyata keçirilməsi planlanan lazer müalicələri 3-4 həftəlik fasilələrlə edilən seanslar şəklində tətbiq olunmaqdadır. Tətbiqdən sonra dəridə yüngül bir qızartı və yanma əmələ gəlir. Üzdə yaranan qızartı 3-4 gün sonra açıq kəhvə rənginə dönər və 1-2 gün sonra kiçik soyulmalar görülə bilər.

Lazerlə dəri cavanlaşdırma müalicəsi BonTA, dolğu, mezoterapiya və PRP müalicələri ilə birlikdə tətbiq oluna bilər.