Dəri cavanlaşdırma və dəridəki sallanmaların müalicəsində xüsusi inkişaf etdirilmiş qızıl iplər istifadə edilərək həyata keçirilən prosedurlar, aməliyyatsız üz gərmə olaraq bilinməkdədir. Qızıl iplə həyata keçirilən üz cavanlaşdırma
əməliyyatlarında, illərdir istifadə edilən PDO (polidioxanone) maddəsindən istehsal edilən iplər istifadə edilməkdədir. Bu metod son illərdə istifadə edilməkdə olan bir dəri cavanlaşdırma üsuludur. Hər hansı bir anesteziya tələb etməz. Bu üsulda xüsusi olaraq istehsal edilmiş qızıl iplər dəri alına yerləşdirilir. Bir neçə həftə ərzində ipin ətrafındakı, dərinin elastikliyini təmin edən yeni kollagen dəstələri meydana gəlir. Dəri altına yerləşdirilmiş bu iplər dəri altındakı dövranın artmasına və dəriyə nəm verən hyaluron turşusu deyilən maddələrin artımına yol açar. Beləliklə dəri daha gənc görünür, sallanmalar və qırışlarda azalma meydana gəlir. Tətbiqin təsiri bir neçə həftə içində başlayır və 2 ilə qədər davam edə bilər.
Web sitesi tasarımında kullanılan tüm görseller lisanslıdır. İzinsiz başka yerlerde kullanılamaz.
ÖNEMLİ: Bu web sitesindeki içerikler tamamiyle bilgilendirme amaçlıdır. Gerçek doktor kontrolünün ve muayenesinin yerini tutamaz. Bu sitedeki bilgilerin hekim kontrolü olmaksızın uygulanması durumunda oluşabilecek her tür şikayet ve durumdan, Prof. Dr. Gonca Gökdemir sorumlu tutulamaz. En doğru teşhis için lütfen doktorunuza başvurunuz.
Prof. Dr. Gonca Gökdemir © 2026 All Rights Reserved by nanbis